ABŞ-ın Arizona ştatında “Hyatt Regency” otelində atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
APA yerli “FOX 10 Phoenix” telekanalına istinadən xəbər verir ki, Finiks şəhərində baş verən atışma iki qruplaşma arasında olub.
Polis faktı təsdiqləyərək, oteldəki digərin sakinlərlə bağlı narahatçılığın olmadığını bildirib.
18-22 yaş arasında olan yaralılar xəstəxanaya yerləşdirilib. Ölən şəxsin kimliyi açıqlanmayıb.