ABŞ-ın Tennessi ştatında daşqınlar nəticəsində ən az 21 nəfər ölüb, 50-dən çox insan itkin düşüb.
APA xəbər verir ki, bu barədə yerli WKRN telekanalı məlumat yayıb.
ABŞ Prezidenti Co Bayden xalqa müraciətində daşqınla əlaqədar ailələrə başsağlığı verib. O, administrasiyanın "bu dəhşətli anda" yerli icmalara ehtiyacı olan hər cür yardımı göstərməyə hazır olduğunu da söyləyib.
Tennessi Fövqəladə Hallar İdarəsi daşqın səbəbi ilə üçüncü təhlükə səviyyəsi elan edib