ABŞ Ali Məhkəməsində  tarixi hadisə  baş verdi
01 iyul 2022 00:22 (UTC +04:00)

ABŞ Ali Məhkəməsində tarixi hadisə baş verdi

0

Afrika əsilli amerikalı Ketanci Braun Cekson Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin yeni üzvü olub.

Lent.az-ın CNN-ə istinadən məlumatına görə, o, and içib.

51 yaşlı Cekson təqaüdə çıxan 83 yaşlı Stiven Brayeri əvəz edib.

Ketanci Braun Cekson ABŞ Ali Məhkəməsində xidmət edən ilk afroamerikalı qadın olub.

Bundan əvvəl o, Kolumbiyada apellyasiyada hakim vəzifəsində çalışıb.

Amerikada federal hakimlər ömürlük təyin olunurlar. Onların namizədliyi senatorlar tərəfindən nəzərdən keçirilir. Ali Məhkəmə doqquz üzvdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1874

Oxşar yazılar