Hindistanın Uttar Pradeş ştatında yeni doğulan qıza koronavirusun şərəfinə Korona adı verilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, uşağın dayısı Niteş Tripati deyib ki, virus çox təhlükəli olmasına baxmayaraq insanları birləşdirir və sağlam vərdişlərin yaranmasına kömək edir.
Onun sözlərinə görə, indi çaxnaşma yaratmamaq, həkimlərin və hakimiyyətin tövsiyələrinə əməl etmək vacibdir.
“Bu körpə insanların virusa qarşı mübarizədə birlik simvolu olacaq”, - o, vurğulayıb.
Korona martın 22-də komendant saatının tətbiqinə bir neçə saat qalanda dünyaya gəlib.