Dağlıq Qarabağda Livandan, Suriyadan, Cənubi Amerikadan gələn "könüllülər" vuruşur.
APA-nın xəbərinə görə bu barədə Fransa Beynəlxalq Radiosu Xankəndidə olan müxbirinə istinadən yazıb.
"Livan, Suriya və ya Latın Amerikasından gələn otuz nəfər döyüşlərin yenidən başladığı andan etibarən Ermənistanın ordu sıralarında Azərbaycana qarşı vuruşur", - deyə Fransa Beynəlxalq Radiosunun məlumatında qeyd olunur.