Ukraynada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 100 mini ötüb.
APA-nın xəbərinə görə, bu barədə bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ukraynada son sutka ərzində infeksiyaya 2 106 yoluxma halı qeydə alınıb və ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 100 643 nəfərə çatıb.
Xəstəliyə yoluxanlardan 51 078 nəfər sağalıb.
Son sutka ərzində COVID-19-dan 23 nəfər vəfat edib ki, bununla da infeksiyadan ölənlərin sayı 2,1 min nəfəri ötüb.