Ukraynada koronavirus infeksiyasına yoluxanların sayı 1251-dən 1308-ə yüksəlib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin günlük məlumatında bildirilib.
Qeyd edilib ki, yoluxanlardan 37 nəfər ölüb, 28 nəfər isə sağalıb.