Türkiyənin keçmiş səhiyyə naziri Osman Durmuş 73 yaşında vəfat edib.
APA-nın yerli bürosunun xəbərinə görə, O. Durmuş beyninə qan sızması nəticəsində ötən həftə xəstəxanaya yerləşdirilib.
Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.