Türkiyənin Bingöl vilayətinin Karlova qəsəbəsində baş verən güclü zəlzələdə 18 nəfər yaralanıb, 1 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə ərazidə olan vitseprezident Fuad Oktay bildirib.
F.Oktay deyib ki, yerli vaxtla saaat 17:24-də baş verən 5.7 maqnitudalı zəlzələdən sonra indiyədək 46 təkan qeydə alınıb.
Qeyd edək ki, Daxili İşlər Naziri Süleyman Soylu, Ətraf Mühit və Şəhrəsalma Naziri Murat Kurum da təbii fəlakət zonasına gediblər.
***
22:56
Türkiyənin Bingöl vilayətinin Karlova qəsəbəsində baş verən güclü zəlzələdə 9 nəfər yaralanıb, 1 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bingöl Valiliyindən bildirlib ki, dağıntı altında qalanların xilas olunması işləri davam etdiriilir.
***
20:50
Türkiyənin Bingöl vilayətinin Karlova qəsəbəsində baş verən güclü zəlzələnin ardınca 4,7 və 4,6 maqnitudalı təkanlar da baş verib.
APA-nın yerli bürosu bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən məlumat yayıb.
AFAD, həmçinin, bu gün yerli vaxtla 17.24-də baş verən 5,7 mqanitudalı zəlzələdən sonra 16 təkanın qeydə alındığını açıqlayıb.