Türkiyədə koronavirusdan ölənlərin sayı 908 nəfərə çatdı
09 aprel 2020 20:32 (UTC +04:00)

Türkiyədə koronavirusdan ölənlərin sayı 908 nəfərə çatdı


Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 96 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Twitter səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda  28578 şübhəli koronavirus testindən keçib, onlardan 4056-nın cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 908 nəfər ölüb, 42282 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1552 nəfəri reanimasiyadadır, 2142 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 296 xəstə evə buraxılıb.  

Nazir həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 276338 nəfər testdən keçib: “Virus gücünü ünsiyyətdən alır, evdə qalaq” deyə nazir yazıb.

# 1187
avatar

Oxşar yazılar

TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20
“Titanik” sərnişininin saatı 1,4 milyon dollara  satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

28 aprel 2024 , 03:41
İndoneziyada güclü zəlzələ  baş verdi

İndoneziyada güclü zəlzələ baş verdi

28 aprel 2024 , 01:31
Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ  -VİDEO

Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ -VİDEO

27 aprel 2024 , 21:56
Keniyada 76 nəfər  həlak oldu

Keniyada 76 nəfər həlak oldu

27 aprel 2024 , 20:49