Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini keçdi
23 aprel 2020 22:35 (UTC +04:00)

Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini keçdi

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 115 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “Dəmirörən” Xəbər Agentliyi məlumat yayıb. 

Xəbərdə qeyd edilib ki, son 24 saatda  40962  şübhəli koronavirus testindən keçib, onlardan 3116-nın cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 2491  nəfər ölüb, 101790 nəfər bu infeksiyaya yoluxub.

Reanimasiyada 1816 xəstə var. Müalicə olunan 2014 xəstə isə bu gün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043
avatar

Oxşar yazılar