Türkiyədə COVID-19 diaqnozu ilə ölənlərin sayı 649 nəfərə çatdı
06 aprel 2020 21:07 (UTC +04:00)

Türkiyədə COVID-19 diaqnozu ilə ölənlərin sayı 649 nəfərə çatdı

 

Türkiyədə yenı növ koronavirusdan (COVID-19) bu gün daha 75 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində məlumat paylaşıb.

Nazir bildirib ki, son 24 saatda 21 400 şübhəli koronavirus testindən keçib, onlardan 3148 nəfərinin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 649 nəfər ölüb, 30 217 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1415-nin vəziyyəti ağırdır, 1326 nəfər isə müalicə olunub. Bu gün daha 284 nəfər müalicə olunub.

Nazir "Twitter" səhifəsində, həmçinin qeyd edib ki, Türkiyədə testdən keçən yeni növ koronavirus şübhəlilərinin sayı yaxın günlərdə 30 mini keçəcək. 

Qeyd edək ki, indiyə qədər 202 845 nəfər testdən keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899
avatar

Oxşar yazılar