Türkiyədə COVID-19-dan ölənlərin sayı 2600 nəfərə çatdı
24 aprel 2020 20:46 (UTC +04:00)

Türkiyədə COVID-19-dan ölənlərin sayı 2600 nəfərə çatdı

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 109 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında bildirib.

Nazir yazıb ki, son 24 saatda 38 351 nəfər şübhəli müayinə olunub, test nəticələrinə görə, onlardan 3122-si koronavirus infeksiyasına yoluxub.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 2600 nəfər ölüb, 104 902 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1790 nəfəri reanimasiyadadır, 21 737 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 3246 nəfər bu gün evə buraxılıb.

Türkiyədə indiyə qədər ümumilikdə 830 257 nəfər testdən keçib.

F.Qoca qeyd edib ki, Türkiyədə koronavirus pandemiyası ilə mübarizədə vəziyyət günü-gündən yaxşılaşmağa doğru gedir: “Son 24 saatda evə buraxılan xəstə sayı ümumilikdə müalicə olunan xəstələrin 15 fazini təşkil edir. Aldığımız bu müsbət nəticələrə dəstək vermək vacib şərtdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063
avatar

Oxşar yazılar