Türkiyədə 31 ölkə üçün səhiyyə turizmi başlayır
20 may 2020 19:08 (UTC +04:00)

Türkiyədə 31 ölkə üçün səhiyyə turizmi başlayır

“Səhiyyə turzimi bizim üçün çox əhəmiyyətlidir. Bugündən pandemiya az rast gəlinən 31 ölkə üçün səhiyyə turizmi başlayır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra bildirib. Onun sözləırinə görə, səhiyyə turizmi ilə əlaqədar hazırda müraciətlər nəzərdən keçirilir, zərurət yarandıqda xaricdən gələn xəstələr üçün çarter reysləri təşkil olunacaq: “Bu gün Liviya hökuməti ilə danışıqlar apardıq. Məlum oldu ki, bu ölkədən Türkiyəyə müraciət edən xəstə sayı çoxdur. Yəni, belə hallarda çarter reysləri təşkil ediləcək”. 

Nazir bildirib ki, İstanbulda yeni açılışı olan 2 xəstəxanada da səhiyyə turizmi üçün nəzərdə tutulan bölmələr var. 

F.Qoca səhiyyə turizmilə əlaqədar Səhiyyə Nazirliyinin digər nazirliklərlə sıx əməkdaşlıq etdiyini vurğulayıb. 

Nazir Elm Qurumunun qərarı ilə mobil telefonlar vasitəsilə “Həyat evə sığar” (HES) kodu alınma qaydalarından danışaraq bildirib ki, bu yeni texnologiyanı tətbiq etmək xəstəliklə mübarizədə önəmlidir: “Mobil telefonlar vasitəsilə alınacaq HES kodu ilə səyahət etmək mümkün olacaq. Bu kod təyyarəyə, qatara minərkən sizin azad giriş kartınız olacaq.  HES kodu öncə şəhərlərarası səyahətlərdə tətbiq ediləcək. HES kodu texnologiyasının xaricdən gələn turstlərə də tətbiq olunacağı  müzakirə edilir. 70 ölkə ilə bu məsələdə əməkdaşlıq nəzərdə tutulub,  iyun, iyul, avqust ayında hansı ölkələrdən səfərlər təşkil olunacaq bu vəziyyətin gedişindən asılıdır”. 

Nazir Ramazan bayramı ərəfəsində Türkiyə vətəndaşlarına xəbərdar edərək bildirib ki, mübarizə tələblərinə düzgün əməl olunmasa, xəstəliyə yoluxma riski yüksələ bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3130

Oxşar yazılar

PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45