Tramp neft idxalına rüsum tətbiq edə bilər
05 aprel 2020 08:41 (UTC +04:00)

Tramp neft idxalına rüsum tətbiq edə bilər

 

ABŞ Prezidenti Donald Tramp ölkənin energetika sektorunun müdafiəsinin təmin edilməsi məqsədilə idxal edilən neftə rüsum tətbiq edilə biləcəyini açıqlayıb.

APA “TASS”-a istinadən xəbər verir ki, o, “Amerikanın energetika sahəsinin qayğısına qalmaq” lazım olduğunu bildirib.

“Əgər neft idxalına rüsum tətbiq etmək lazım gələrsə, minlərlə, on minlərlə fəhləni və şirkətlərimizi qorumaq üçün mən bunu edəcəm”, - Tramp belə deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1777
avatar

Oxşar yazılar