Koronavirusa görə karantin elan etməyən İsveç bunun bədəlini çox ağır ödəyir.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"də bildirib.
“Bu günədək orada 2462 nəfər ölüb. Bu, qonşu ölkələr Norveç (207) Finlandiya (206) və Danimarkada (443) qeydə alınan rəqəmlərdən daha yüksəkdir. ABŞ düzgün qərar verib!”, - deyə ABŞ Prezidenti qeyd edib.