Stalin Çörçilə gürcü konyakını necə içirtdi? - ÖMÜRLÜK HƏDİYYƏ
28 aprel 2020 15:25 (UTC +04:00)

Stalin Çörçilə gürcü konyakını necə içirtdi? - ÖMÜRLÜK HƏDİYYƏ

İosif Stalinlə Uinston Çörçilin bir-birini bəyənməməsi onların heç də qatı düşmən olduğu anlamına gəlmir.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, SSRİ və İngiltərə liderləri arasında süfrə arxasında baş tutan dialoq bunu bir daha təsdiq edir. 

İki ölkə rəhbəri 1943-cü ildə Tehran konfransından sonra SSRİ-nin İrandakı səfirliyində şam edirlər. Stalin Çörçilə içki təklif edərkən hansı brendi istədiyini soruşur. Qonaq dərhal reaksiya verir: “Əlbəttə ki, əsl “Hennessy”. 

Stalin “Hennessy”nin dadına baxmağın mümkün olduğunu desə də, israrla gürcü brendi olan  “Eniseli” konyakını məsləhət bilir. 

Özünü səmimi göstərməyə çalışan Çörçil təəccüblü halda: 

“'Bu içkinin adı daha çox Fransa istehsalına bənzəyir, Gürcüstanda necə belə bir brend ola bilər?”

Stalin isə təkidlə qonağa gürcü konyakını dadmağı xahiş edir: “Düşünürəm ki, peşman olmayacaqsınız”. 

Hiss olunurdu ki, Çörçil konyakı həvəssiz qəbul edir. Qədəhi yerə qoyub, heyrətlə deyir: “Heç vaxt belə bir şey içməmişəm!!!” 

Stalin: “Xoşunuza gəldimi? Söz verirəm ki, həyatınızın son gününə qədər “Eniseli” içə biləcəksiniz”. 

Sonralar məlum olur ki, Stalin sözünün üstündə durmuşdu... 

Çörçil uzun müddət yaşadı - 1965-ci ildə 91 yaşında vəfat etdi. Böyük ehtimal ki, o, hər gün “Eniseli”dən bir stəkan içirdi... Çünki Stalinin tapşırığı ilə SSRİ-dən İngiltərəyə davamlı olaraq Çörçül üçün “hədiyyə” göndərilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25152
avatar

Rəşad Sarıyev

Oxşar yazılar