Türkiyənin Bursa vilayətində sel aparan 17 yaşlı Dərya Bilənin axtarışına 18 dalğıc olmaqla, 161 nəfər qoşulub.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, axtarış çay vadisinin kənarlarında, qayaların altında davam etdirilir. Seldə yoxa çıxan qızı tapmağa çalışan heyət onun palçığın altında qalmasını ehtimal edərək, orada da axtarış aparırlar.
Axtarışa xüsusi təlim keçmiş itlər də cəlb olunub.