Sabahdan qonşu ölkədə daha bir qadağa qüvvədən düşür
14 iyun 2020 17:03 (UTC +04:00)

Sabahdan qonşu ölkədə daha bir qadağa qüvvədən düşür

Sabahdan Gürcüstanda sərnişin qatarlarının hərəkəti yenidən başlayır.

Lent.az-ın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Dəmir Yolları iyunun 10-dan bilet satışına başlayıb.

Sabahdan sərnişin qatarları Tbilisi-Batumi, Tbilisi-Ozurqeti, Tbilisi-Poti, Tbilisi-Zuqdidi və Tbilisi-Kutaisi marşrutlarında hərəkət edəcək. Biletlərin qiyməti dəyişməyib, qatarlar günorta saatlarında hərəkət edəcək.

Sərnişinlər qatara daxil olmazdan əvvəl termovizordan keçəcək və əllərini dezinfeksiya edəcəklər. Bütün vaqonlarda dezinfeksiya maddələri olacaq. Sərnişinlər vaqonlarda yenə yanaşı oturacaq. Ancaq artıq sərnişinlərin vaqonlarda maskasız olmasına icazə verilməyəcək. Səfər ərzində maska çıxarılmamalıdır. Sərnişinlərə qatarda qəzet, kitab və jurnal paylanması, qulaqcıq verilməsi qadağan edilib.

Biletləri ancaq mobil tətbiqlər vasitəsi ilə əldə etmək mümkündür.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda qatarla sərnişin daşınması martın 31-dən qadağan edilib.

Gürcüstanda şəhərlərarası avtobus səfərlərinə iyunun 8-dən icazə verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9670
avatar

Oxşar yazılar