Rusiyada son sutkada 112 nəfər koronavirusdan ölüb
08 iyun 2020 11:39 (UTC +04:00)

Rusiyada son sutkada 112 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 8985 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 476 658 nəfərə çatıb. Son sutka ərzində 112 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 5971 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 230 688 nəfərdir. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1717
avatar

Oxşar yazılar