Rusiyada son sutka ərzində daha 2558 nəfər koronavirusa yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində "COVİD-19" virusuna yoluxanların sayı 18238 nəfərə çatıb.
Son sutka ərzində 18 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 148-a çatıb. Sağalanların sayı 1470 nəfərdir.