Rusiyada yeni növ koronavirus infeksiyasından (COVID-19) ölən tibb işçilərinin sayı açıqlanıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiyanın Səhiyyə sahəsinə nəzarət edən Federal Agentliyinin yaydığı məlumatda bildirilib ki, indiyə kimi Rusiyada 489 tibb işçisi COVID-19-dan həyatını itirib.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 560 mini ötüb, xəstəlikdən ölənlərin sayı isə 7760 nəfərə çatıb.