Rusiyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı rekord dərəcədə artıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Böhran Müdaxilə Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, ötən gün ölkədə virusa yoluxanların sayı 954 nəfər artaraq 6343-ə yüksəlib.
Paytaxt Moskva 591 yoluxma sayı ilə virusdan ən çox təsirlənən şəhərlərdən biri olub.
Xatırladaq ki, Rusiyada koronavirusdan 47 nəfər dünyasını dəyişib.