Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə növbəti peyvəndin istehsalına başlanılıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.
İstehsalına başlanılan peyvəndin adı “EpiVakKorona” adlanır.
Xatırladaq ki, Rusiyada bundan əvvəl "Sputnik V" adlı peyvəndin istehsalına başlanılıb.