Rusiyada koronavirusa qarşı daha 3 dərman hazırlandı
09 aprel 2020 15:44 (UTC +04:00)

Rusiyada koronavirusa qarşı daha 3 dərman hazırlandı


Rusiya Səhiyyə Nazirliyi yeni növ koronavirusun müalicəsi üçün mümkün dərman siyahısını yeniləyib. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumat Səhiyyə Nazirliyinin saytında yerləşdirilib. 

Yeni növ koronavirusa yoluxmuş böyüklərin xəstəlikdən müalicə üçün dərman siyahısı altıdan doqquza artırılıb.

Nazirliyinin tövsiyəsinə görə, koronavirus infeksiyasının müalicəsində hidroksixloroxin, xloroxin, mefloxin, azitromitsin, nadroparin kalsium, totsilizumab, lopinavir plyus ritonavir, rekombinantnıy interferon alva və rekombinantnıy interferon beta-1b preparatlarından istifadə oluna bilər.

O da qeyd olunub ki, daha üç preparatın - umifenovir, remdesivir, favipiravirin koronavirusa yoluxmuş xəstələr üzərində klinik tədqiqatı aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344
avatar

Oxşar yazılar