Rusiyada dəmiryolu qəzası: 11 vaqon relsdən çıxdı
02 avqust 2020 06:18 (UTC +04:00)

Rusiyada dəmiryolu qəzası: 11 vaqon relsdən çıxdı

Rusiyada dəmiryolu qəzası zamanı kömürlə dolu 11 vaqon relsdən çıxaraq aşıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Komi vilayətinin “İosser” dəmiryol stansiyasında baş verib. Bildirilib ki, qəza zamanı xəsarət alan olmayıb. 

Hadisə yerinə bərpa işləri ilə əlaqədar “Mikun” və “Sosnoqorsk” stansiyalarından qatarları göndərilib. 

Hadisə ilə əlaqədar 42 nömrəli Moskva-Vorkuta və 306 nömrəli Sıktıvkar-Usinsk sərnişin qatarının hərəkət qrafikində gecikmə baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3022
avatar

Oxşar yazılar