Rusiyada cəzaçəkmə müəssisəsində dustaqlar yanğın törədiblər - VİDEO
11 aprel 2020 01:01 (UTC +04:00)

Rusiyada cəzaçəkmə müəssisəsində dustaqlar yanğın törədiblər - VİDEO

 

Rusiyanın İrkutsk vilayəti, Anqarsk şəhərində yerləşən və aprelin 9-da məhkumların bir işçiyə hücum edərək iğtişaşlar törətdiyi cəzaçəkmə müəssisəsində yanğın baş verib.

APA xəbər verir ki, bu barədə “TASS”-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“İlkin məlumatlara görə, yanğın qəsdən törədilib. Müəssisənin binalarından biri yanğına məruz qalıb”, - deyə agentliyin mənbəyi bildirib. Onun sözlərinə görə, cümə günü gecə cəzaçəkmə müəssisəsində iğtişaşlar olub, bu müddətdə məhkumlar yanğın törədiblər. Yanğının söndürülməsi üçün işlər görülür.

Bildirilir ki, hazırda yanğın üç binanı əhatə edib. Orada ağac emalı sexlərinin yerləşdiyi deyilir. Ancaq yaşayış komalarına yanğın keçməyib. Yanğının təxminən 30 min kv/m sahəni əhatə etdiyi deyilir.

Hüquq müdafiəçisi Pavel Qluşçenko “TASS”-a bildirib ki, müəssisədə hazırda iğtişaşlar səngiyib. Bütün giriş yolları bağlanıb. Hüquq müdafiəçisi məhbuslar arasında ağır yaralıların olduğunu da bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1382
avatar

Oxşar yazılar