Rusiyanın Penza vilayətinin Nijni Lomov şəhərində fərdi evdə baş verən yanğında 7 nəfər ölüb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, ölənlərdən 3-ü uşaqdır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi yanğının söndürülməsinə 18 yanğınsöndürənin cəlb olduğunu deyib.