Çelyabinskdə 4 nəfərdən ibarət ailə koronavirusa yoluxub.
Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, ata, ana, qızları və nənə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, ailənin qohumlarından biri xarici səfərdən qayıdandan spnra epidemioloji rejimə əməl etməyib, nəticədə bütün ailə xəstəxanaya düşüb. Onların koronavirusa yoluxması Novosibirskdəki “Vektor” laboratoriyasında edilən analiz zamanı təsdiqlənib.
Martın 25-nə olan məlumata görə, Rusiyada koronavirusa 495 yoluxma qeydə alınıb. Onların əksəriyyəti Moskvadadır.