Norilskdə Azərbaycan və Dağıstan vətəndaşları arasında kütləvi dava düşüb.
Lent.az Lenta.ru-ya istinadla bildirir ki, yaşayış binasının yanına toplaşan onlarla kişi bir-birinə ayaq və əllə zərbələr vurublar. Lakin hadisə yerinə polis maşınları gələndə dava iştirakçıları qaçıblar.
Rusiya Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə idarəsindən verilən məlumata görə, hadisə iyunun 20-də gecə qeydə alınıb. Çağırışla hadisə yerinə gələn polislər dava iştirakçılarının bir neçəsini saxlayıb. Hazırda onların qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb olunması məsələsinə baxılır. Polis hadisə yerindən uzaqlaşan digər dava iştirakçılarını axtarır və şahidləri sorğu-sual edir.
İlkin məlumata görə, münaqişə məişət zəminində baş verib. Xəsarət alanlarla bağlı məlumat verilmir.