Rusiyanın Saratov vilayətində bədbəxt hadisə nəticəsində 2 yaş 10 aylıq qız ölüb.
APA-nın məlumatına görə, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
İlkin məlumata görə, faciə ötən gün Penzenskaya küçəsində yerləşən evlərdən birində gündüz baş verib.
Azyaşlı qız səkkizinci mərtəbənin pəncərəsindən yerə düşüb. Aldığı xəsarətlərdən yerindəcə ölüb.
Hadisə ilə bağlı istintaq başlanıb.