Rusiyada İkinci dünya müharibəsində qələbənin 75-ci ildönümü ilə bağllı məşqlər edərkən sosial məsafəyə riayət etməyən 15 min əsgər karantinə alınıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi 15 min əsgərin hərbi hissələrə geri göndəriləcəklərini və 14 gün orada qalacaqlarını bildirib. Nazirliyin açıqlamasında əsgərlərdə virusun olub-olmadığı yer almayıb.
Rusiya prezidenti Vladimir Putin Qızıl Meydanda keçiriləcək 9 may zəfər günü paradının koronavius səbəbilə təxirə salınması haqqında qərar vermişdi.
Qeyd edək ki, bundan əvvəl heç vaxt qələbə günü paradı təxirə salınmayıb.