Rusiya müxalifət liderinin diaqnozu açıqlandı
21 avqust 2020 14:48 (UTC +04:00)

Rusiya müxalifət liderinin diaqnozu açıqlandı

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnının ilkin diaqnozu açıqlanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Omsk xəstəxanasının baş həkimi Aleksandr Muraxovski bildirib ki, A. Navalnının maddələr mübadiləsi pozulub, bu, qanda şəkərin miqdarının kəskin düşməsinə səbəb olub.

 “Artıq pasiyentin insult, infarkt və koronavirus olmadığı müəyyən edilib”, - deyə A. Muraxovski vurğulayıb.  

O qeyd edib ki, mütəxəssislər araşdırma aparmağa davam edirlər.

Xatırladaq ki, ötən gün Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra A. Navalnının komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2338
avatar

Oxşar yazılar