Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır
24 aprel 2020 04:22 (UTC +04:00)

Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır

Rotterdam Şəhər Şurasının üzvləri 2021-ci ildə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsinə səs veriblər.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "NL Times" xəbər portalı məlumat yayıb.

Bildirilib ki, yarışmanın bu il planlaşdırıldığı yerdə - “Ahoy” konsert salonunda keçirilməsi planlaşdırılır. Təşkilatçılar salonun kirayə xərcləri, təhlükəsizlik və reklam nişanları ödəmək üçün əlavə 6.7 milyon avro xərcləmək niyyətindədirlər.

Məlumata görə, 2020-ci ildə planlaşdırılan sözügedən Rotterdam yarışması üçün artıq 15 milyon avro xərclənib.

Qeyd edək ki, "Eurovision" təşkilatçıları bu il Rotterdamda keçirilməsi nəzərdə tutulan müsabiqəni epidemiya təhlükəsi səbəbindən ləğv edib. Müsabiqənin 2021-ci ildə keçirilməsi qərara alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177
avatar

Oxşar yazılar