COVID-19 pandemiyası ilə əlaqədar Roma Papasının səfəri təxirə salınıb.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi Vatikan məlumat yayıb.
Məlumata görə, Papa Fransiskin mayın 31-nə Maltaya planlaşdırılan səfəri təxirə salınıb. Bu, 10 ildən sonra Roma Papasının Maltaya ilk səfəri olacaqdı. Papa Fransiskin orada miqrantların hüquqları barədə çıxışı gözlənilirdi.