Qubernator Trampla görüşündən danışıb: "Çox effektli idi"
22 aprel 2020 04:02 (UTC +04:00)

Qubernator Trampla görüşündən danışıb: "Çox effektli idi"


Nyu-York qubernatoru Endryu Kuomo ABŞ Prezidenti Donald Trampla koronavirus (COVID-19) testini və epidemiyandan ən çox ziyan çəkmiş ştata federal yardımın ayrılmasını müzakirə etdiyini söyləyib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qubernator bildirib ki, mövcud şəraitdə aktual olan koronavirusla bağlı testlərin artırılması və ştata maliyyə köməkliyinin edilməsidir. 

Kuomo Trampla keçmiş fikir ayrılıqlarını bir kənara qoyub iş görməyin vacibliyini diqqətə çatdırıb. O, prezidentlə ünsiyyətin çox praqmatik və effektli olduğunu sözlərinə əlavə edib. 

Qeyd edək ki, son məlumatlara görə, Nyu-Yorkda 250 mindən çox koronavirusa yoluxma, təxminən 15 min ölüm hadisəsi qeydə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113
avatar

Oxşar yazılar