Koronavirus təhlükəsi ilə əlaqədar Qazaxıstanda bütün kütləvi tədbirlər ləğv olunur.
APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Twitter”də bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirusun pandemiya elan edildiyini vurğulayan Qazaxıstan Prezidenti deyib ki, kütləvi tədbirlər ləğv olunur.
Prezident qeyd edib ki, ölkə vətəndaşlarının sağlamlığının müdafiəsi əsas prioritet təşkil edir.
Bundan başqa, Qazaxıstan Baş Nazirinin müavini, Maliyyə naziri Əlixan Smailov bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar hakimiyyət Ümumdünya Ticarət Təşkilatının Nazirlər Konfransının təxirə salınması barədə qərar qəbul edib.
Xatırladaq ki, Ümumdünya Ticarət Təşkilatının XII Nazirlər Konfransı 2020-ci ilin 8-11 iyun tarixlərində Nur-Sultan şəhərində keçirilməli idi.