Qaçırılan körpə 55 ildən sonra tapıldı
20 dekabr 2019 19:46 (UTC +04:00)

Qaçırılan körpə 55 ildən sonra tapıldı

ABŞ-ın Miçiqan ştatında 55 il əvvəl baş verən sensasiyalı cinayətin qurbanı olaraq oğurlanan Dora Fronçakın oğlu tapılıb.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, İllinoys ştatının Çikaqo şəhərindən olan Dora Fronçakın 1964-cü ilin aprel ayında oğlu doğulub. Növbəti gün onun xəstəxanadakı palatasına tibb bacısına bənzəyən  ağ paltarlı qadın boylanıb. O, uşağı həkim yanına aparacağını söyləyərək yeni doğulan körpəni götürərək gedib. Bundan sonar onu görən olmayıb. 

Qaçırılan körpənin axtarışında polis, Federal Təhqiqat Xidməti, hətta poçtalyonlar da iştirak ediblər. İki ildən sonra Nyu-Cersidə Dora Fronçakın oğluna bənzəyən oğlan uşağı tapılıb. Onu ehtimal olunan anasına qaytarıblar. 

2014-cü ildə genetik testlər göstərib ki, Françak Nyu-Cersidən olan uşağın anası deyil. Federal Təhqiqat Bürosu bundan sonra axtarışları bərpa edib. 

Bir neçə ay əvvəl agentlər onun əsl oğlunu tapa biliblər. Müəyyən olunub ki, kişi Miçiqan ştatındakı kiçik şəhərcikdə başqa adla yaşayır. Onun 55 yaşı var və xərçəng xəstəliyindən əziyyət çəkir. 

Araşdırma başa çatmadığından, onu qaçıranın şəxsiyyəti və bu addımının motivləri haqda informasiya yoxdur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2348
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35