“Rusiyada yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə tədbirləri çərçivəsində on minlərlə insanın həyatı xilas edilib”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciətində deyib.
COVID-19 pandemiyası başlayan dövrdən ölkədə görülən tədbirlərin nəticələrindən danışan Rusiya lideri ölkə əhalisinə təşəkkür edib: “Rusiyada qeyri-iş günləri vaxtında və əsaslı şəkildə elan olunmuşdu. Bu, insanların həyatını xilas edib. Rusiyalılara pandemiyanın ən təhlükəli dövrünü layiqli keçirdiklərinə görə təşəkkürümü bildirirəm”.
V.Putin ölkədə koronavirus təhlükəsinin hələ tam sovuşmadığını da vurğulayıb: “Nə qədər ki, koronavirusa qarşı həqiqi peyvəndin istehsalına başlanılmayıb, rusiyalıları diqqətli və ehtiyatlı olmağa çağırıram”.