Çinin paytaxtı Pekində son 56 gündə ilk dəfə koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, bu barədə “Sintsinbao” qəzeti xəbər dərc edib.
Bildirilib ki, yeni növ virusun aşkar edildiyi şəxs 52 yaşındadır. Onun yaxın günlərdə paytaxtı tərk etməsə də, COVID-19-a yoluxduğu vurğulanıb.