Pandemiya azərbaycanlını qatil etdi – Restoran sahibini öldürdü
19 iyun 2020 12:58 (UTC +04:00)

Pandemiya azərbaycanlını qatil etdi – Restoran sahibini öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində 48 yaşlı azərbaycanlı icarəyə götürdüyü restoranın sahibini öldürüb.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, buna səbəb koronavirus epidemiyası şəraitində 49 yaşlı kafe sahibinin ona güzəştə getməməsidir.

Məlumata görə, azərbaycanlı şəhərin Lenin prospektində “El Pita” adlı restoranı icarəyə götürüb. Restoranın təmirinə 6 milyon rubl (təxminən 130 min manat) vəsait ayırıb. Amma koronavirus epidemiyasına görə, aylardır restoranı  işlədə bilməyib.

 

Lakin bu icarəçini maraqlandırmayıb. O, azərbaycanlı sahibkarla görüşərək icarə pulunu tələb edib. Nəticədə onların arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən Azərbaycan vətəndaşı ona iki bıçaq zərbəsi vurub. Həmin şəxs yerindəcə keçinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10036
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar