“Nyu-York ştatında son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çataraq 779 nəfər olub”.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Endryu Kumo mətbuat konfransında bildirib.
O qeyd edib ki, Nyu-York ştatı ABŞ-da koronavirus epidemiyasının episentridir: "Ölənlərin sayı artır. Ötən gün 799 nəfər itirdik. Onların sayının artacağı istisna edilmir".
Qubernator koronavirusla bağlı müsbət göstəricilərin də müşahidə edildiyini vurğulayıb: “Gün ərzində sünü nəfəs aparatından istifadə edən xəstələrin sayı azalıb, reanimasiyaya daha az adam daxil olub, eyni zamanda xəstəxanaya yerləşdirilənlərin sayında da azalma var”.