Moskvada xüsusi buraxılış rejiminin qaydaları açıqlandı
11 aprel 2020 23:26 (UTC +04:00)

Moskvada xüsusi buraxılış rejiminin qaydaları açıqlandı


Moskvada xüsusi buraxılış rejiminin qaydaları açıqlanıb.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

O, paytaxt sakinlərinin evlərini tərk etmək üçün mos.ru portalında qeydiyyatdan keçməli, ya da 7377 nömrəsinə SMS göndərməli olduqlarnı söyləyib.

Moskva meri bu SMS-lərə müsbət cavab veriləcəyi təqdirə sakinlərin paytaxtda hərəkətinə icazə veriləcəyini söyləyib.

Özünütəcrid rejiminin yeni təsdiq olunmuş qaydalarına əsasən, Moskva və Moskva vilayətlərində xüsusi buraxılış rejimin aprelin 13-dən tətbiq olunacaq. Aprelin 15-dən etibarən isə artıq şəxsi avtomobilində və ictimai nəqliyyatda hərəkət etmək üçün xüsusi rəqəmsal buraxılış lazım olacaq. Şəxsi məqsədlər üçün həftədə iki dəfə xüsusi buraxılış almaq mümkün olacaq.

Xüsusi rəqəmsal buraxılış olmadan Moskva və Moskva vilayətində hərəkət etmək ancaq hərbçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, jurnalistlərə, hakimlərə və vəkillərə icazə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2172
avatar

Oxşar yazılar