Moskvada koronavirusdan daha 12 nəfər ölüb
10 aprel 2020 05:18 (UTC +04:00)

Moskvada koronavirusdan daha 12 nəfər ölüb

 

“Ötən gün Moskvada koronavirusdan daha 12 nəfər ölüb. Ölənlər 33-87 yaş aralığındadır. Onlardan 3 nəfərinin yaşı isə 45-dən aşağıdır”. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə koronavirusla əlaqəli vəziyyətə nəzarət edən Əməliyyat Qərargahının məlumatında bildirilib.

Bununla da Moskvada koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb: "Ölənlərin ikisi – 39 və 42 yaşlı xəstələrdə kəskin ürək və qaraciyər çatışmazlığı olub.  Dörd xəstə isə xroniki bronxitdən əziyyət çəkirdi”. 

Qeyd edək ki, son məlumatlara görə, Rusiyada ümumilikdə 10131 koronavirusa yoluxma qeydə alınıb. Onlardan 698 nəfəri sağalıb. Ən çox yoluxma Moskvada olub – 6698 nəfər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198
avatar

Oxşar yazılar