Rusiya paytxatında yeni növ koronavirusa yoluxanların sayı 1200-ü ötüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hazırda Moskvada COVİD-19 virusuna yoluxanlar 1226 nəfər təşkil edir.
Son sutka ərzində isə Moskvada 212 nəfərin kornavirusa yoluxduğu bildirilib.
Qeyd edək ki, martın 30-dan etibarən Moskva və Moskva vilayətində yaşından asılı olmayaraq hamı üçün ev təcridi rejimi tətbiq olunub.
Rusiya hökuməti bütün ölkə ərazisində hamı üçün evtəcridi rejiminin tətbiq etməsini planlaşdırır.