Moskvada daha 28 nəfər koronavirus infeksiyasından öldü
19 aprel 2020 01:45 (UTC +04:00)

Moskvada daha 28 nəfər koronavirus infeksiyasından öldü

 

Rusiya paytaxtında daha 28 nəfər koronavirus infeksiyasına yoluxma nəticəsində həyatını itirib. Bununla da şəhərdə virusdan ölənlərin sayı 176 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargah məlumat yayıb.

“Moskvada pnevmoniya diaqnozu qoyulmuş və COVID-19 testi müsbət nəticələnmiş 28 nəfər keçinib. Ölənlər 30-dan 93 yaşa qədər olan insanlardır. Xəstələrin hamısı paralel olaraq digər xəstəliklərdən əziyyət çəkirdi. 30 yaşlı kişidə şəkərli diabet də aşkar edilib”, - qərargahın məlumatında belə deyilir.

Qeyd edək ki, Operativ Qərargahın məlumatına görə, bu günə qədər Rusiyada 36 793 nəfərdə koronavirus aşkarlanıb, belə ki, son sutkada daha 4785 nəfər bu virusun daşıyıcısına çevrilib. Ölkə üzrə ümumilikdə 313 nəfər də virusun qurbanı olub. Epidemiyanın başlanğıcından bəri 3057 nəfər sağalıb, 1,81 milyon insan COVID-19 testindən keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1324
avatar

Oxşar yazılar