Uqandada dağ qorillasını öldürən şəxsə 11 il həbs cəzası verilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkum olunmuş şəxs meymunu mızraqla öldürdüyünü etiraf edib.
Şahidlər qorillanın onu öldürən şəxsə hücum etmədiyini, heyvanın ov məqsədi ilə öldürüldüyünü deyib.
Qeyd edək ki, Afrikanın Ruanda, Uqanda və Konqo kimi ölkələrində təxminən 1000-ə yaxın qorilla xüsusi qoruma altında yaşayır.