Məşhur boksçu Mayk Taysonun saxladığı pələng bir qadına hücum edib.
Lent.az AS. nəşrinə istinadən xəbər verir ki, keçmiş idmançının dediyinə görə, qadın özü günahkardır: “
O özü hasardan aşıb heyvanla oynamaq istəyib. Bu, sadəcə bədbəxt hadisədir. Mən onun əlinin yaralandığını görən kimi 250 dollar verdim ki, həkimə getsin”.
Tayson onu da deyib ki, Benqal pələngini saxlamaqla səhvə yol verib, çünki onu əhilləşdirmək olmur.