ABŞ-ın Pensilvaniya ştatında marketlərdən birində qəribə olay yaşanıb.
Lent.az xarici mətbuata istinadla xəbər verir ki, marketlərdən birində qadın müştəri qəsdən məhsulların üzərinə doğru öskürüb. Bunu görən işçilər dərhal qadını çölə çıxarıblar. Daha sonra o, polis tərəfindən saxlanılıb.
Market sahibi isə öskürək toxunan və dəyəri 35 min dollar olan məhsulu zibilliyə atıb. Prokuror Albert Ualker qadının psixi xəstə olub-olmadığını öyrəndikdən sonra cinayət işi açılacağını bildirib. Həmçinin onun "COVİD-19" müayinəsindən keçməsi də tələb edilir.
Qeyd edək ki, ABŞ-da qəsdən virus yaymaq terrorçuluğa bərabər cinayət sayılır.