Belarus prezidenti Aleksandr Lukaşenko artıq payızda ölkəni idarə etməyəcək.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun dövlət başçısı postundan gedəcəyi ilə bağlı proqnozla prezidentliyə keçmiş namizəd Valeri Tsepkalo çıxış edib.
"O, ölkəni onsuz da idarə etmir, amma onunla nə edəcəyimizə baxmalıyıq”, - müxalifətçi vurğulayıb.
Eyni zamanda Tsepkalo Lukaşenkanın Konstitusiya islahatı aparmaq niyyətində olmadığına inandığını bildirib.
O, həmçinin beynəlxalq birliyi müxalifət lideri Svetlana Tikhanovskayanı qanuni seçilmiş prezident kimi tanımağa çağırıb